F-1.az xatırladır ki, rusiyalı sürücü özü ilə komandaya 20 milyon dollarlıq sponsor paketi gətirib.
Sergey Sirotkin: “Sözün açığı, haqqımda çıxan “pullu sürücü” xəbərlərinə baş qoşmuram. İnsanlar həmişə nəsə yazır və buna öyrəşmişəm. Əgər buna dair sübutları varsa, təqdim etsinlər və mən də onlardan üzr istəyim. Hamı istədiyini yaza bilər.
Düzülüşdəki qızlar barədə nə deyim bilmirəm. Nəticədə yarışa çıxanda onlara fikir verməyə halımız olmur”.