F-1.az AvtoGraph.Az-a istinadən bildirir ki, avtomobilin texniki xüsusiyyətləri barədə məlumat verilməsə də, onun mühərriyinin 500 at qüvvəsinə malik olduğu bildirilib. Rama üzərində yığılan və ekstremal yolsuzluq üçün nəzərdə tutulmuş avtomobil əlavə olaraq zirehli kuzova və infraqırmızı gecə görüntü sisteminə mlaik olacaq.
Bundan başqa, ofroderin qoşulan tam dartı sistemi, gücləndirilmiş asılqan və ağır yolsuzluq üçün nəzərdə tutulan «dişli» təkərlərlə də təchiz edildiyi söylənilib.
Rezvani Tank modelinin təchizatına dəri salon, proyeksiya displeyi və damda quraşdırılan işıqdiodlarından «çilçıraq» da daxildir. Əlavə ödənişlə, Tank güllə keçirməyən yanacaq çəni və şüşələrlə də təchiz edilə bilər.
Avtomobil 178 min dollardan başlayan qiymətlərlə təklif edilir.