S.S.Kamara McLaren-in gənc sürücülər proqramına qoşulub

McLaren komandası braziliyalı Serxio Sette Kamara ilə müqavilə bağladığını elan edib - 20 yaşlı sürücü qarşıdakı mövsümdə komandanın test və developer sürücüsü olmaqla yanaşı, həm də komandanın gənc sürücülər proqramına qoşulacaq.

F-1.az bildirir ki, Kamara artıq ikinci sürücü proqramına daxil olur – 2016-cı ildə o, Red Bull Junior Team-in heyətində çıxış etmişdi, amma cəmi bir ildən sonra yerini itirmişdi. Hazırda Kamara Formula2 çempionatında Carlin komandasının şərəfini qoruyur – komandanın digər sürücüsü Lando Norris də McLaren-in gənc sürücülər proqramının üzvü idi və gələn il F1-də debüt edəcək. Lando bu il F2-də titul uğrunda mübarizə apardığı halda, Serxio şəxsi hesabda hələlik 6-cı yerdə qərarlaşıb.

Serxio Sette Kamara: “Mənim arzum Formula1 sürücüsü olmaqdır və mən McLaren komandasına təşəkkür edirəm ki, arzuma bir addım da yaxınlaşmaq imkanını mənə veriblər. Məqsədim komandaya inteqrasiya olunmaqla, onunla maksimum sıx işləmək, mühəndislərə qulaq asmaq, sürücülərdən öyrənmək və komandanı dəstəkləməklə onun inkişafına kömək etməkdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*