S.Robertson: “Kiminin müqaviləsi öz əlində idi”

Kimi Rəykkönenin meneceri Stiv Robertson finlandiyalı sürücünün Ferrari ilə müqaviləsi barədə danışıb.

F-1.az xatırladır ki, Rəykkönen Ferrari ilə müqaviləsini 2017-ci ilin sonuna qədər uzadıb və daha bir il Fettelin komanda yoldaşı olacaq. Robertson müqavilə barədə danışıb: “Müqavilə tamamilə Rəykkönenin əlində idi. Kimi 4-cü gün mənə zəng elədi. Ferrari-nin onunla davam etmək istədiyini dedi. Mənə dedi ki, sənəd işləri ilə məşğul olum. Hamısı bir gün ərzində oldu. Danışıqlar zamanı başqa adamlar da var idi. Kimi hələ yazda davam etmək istədiyini demişdi. Buna görə də, onun arzularının davam etməsi mükəmməldir. Buna görə də məmnunam”.

Xatırladaq ki, Rəykkönen turnir cədvəlində Fettelin önündə 3-cü yerdədir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*