S.Resta Ferrari-nin 2021-ci il layihələrində lider olacaq

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Simone Resta 2021-ci ildəki yeni nəsil bolidin inşasından məsul olacaq.

F-1.az xatırladır ki, Simone Resta daha əvvəl Ferrari-də şassi departamentinin rəhbəri olsa da, keçən mövsümün ortasında müəmmalı şəkildə komandadan ayrılaraq, Alfa Romeo-ya getmişdi. Lakin bu mövsüm istənilən nəticələri qazana bilməyən Ferrari italiyalı mütəxəssisi yenidən geriyə qaytarıblar.

Mattia Binotto: “Resta bizimlə işləyəcək. Onun gəlişi Ferrari komandasını texniki cəhətdən gücləndirəcək. 2021-ci il çox yaxındır və Simone Ferrari-nin layihələrində liderdir. Formula1 2021-ci ildə böyük dəyişikliklərə gedəcək və biz yeni eraya hazırlaşmalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*