F-1.az xatırladır ki, Red Bull komandası meksikalı pilotu ilə müqaviləni daha iki il uzadıb. Sürücülərin maaşları çox vaxt gizli qalır. Ancaq son dövrdə pilotların məvacibləri barədə çoxlu söz-söhbətlər çıxır. Peres də bu sürücülərdən biridir. Britaniya mətbuatının verdiyi xəbərə görə Peres illik 10 milyon dollar qazanacaq.
Qeyd edək ki, 32 yaşlı pilot əvvəl illik 8 milyon dollar qazanırdı. Beləliklə, Peresin maaşı iki milyon dolllar artmış olacaq.
Peresin maaşı artsa da, Maks Ferstappendən yenə də geri qalır. Niderlandlı pilotun ilinə 40 milyon dollar qazanacağı proqnozlaşdırılır.