F-1.az xəbər verir ki, Ferrari-nin Kimi Rəykköneni əvəzləməsi üçün Serxio Pereslə danışıqlar apardığı iddia edilir. Serxio son 3 yarışın ikisində podiuma yüksələrək yenidən bütün diqqətləri özünə cəlb edib.
Auto Bild-in xəbərinə görə, Esteban Qutyerresə görə Ferrari-yə sponsorluq edən məşhur meksikalı milyarder Karlos Slim Serxio Peresin komandaya qatılacağı təqdirdə məbləği artırmağa hazırdır. Bu rəqəmin 8 rəqəmli olacağı bildirilir.
Peresin adı başqa komandalarla, o cümlədən, Mercedes AMG ilə də çəkilirdi. Lakin Toto Volff bu xəbəri təkzib edib.