S.Peresin də mühərriyi əldən gedib

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Serxio Peresin də mühərriyi sıradan çıxıb.

F-1.az xatırladır ki, Valtteri Bottas Macarıstan yarışının startında zəncirvari qəzaya səbəb olmuş və bu qəza nəticəsində Serxio Pereslə Lando Norris mübarizəni dayandırmışdı. Lakin belə görünür ki, meksikalı sürücünün mühərriyində də problemlər yaranıb.

Kristian Horner: “İlkin araşdırmalardan sonra mühərriyin yaxşı vəziyyətdə olmadığını anladıq. Bu, məyusedici haldır. Xüsusən də Honda üçün. Çünki mühərriklər etibarsızlıq probleminə görə yox, qəzalara görə sıradan çıxır”.

Qeyd edək ki, Britaniya yarışında da Lyuis Həmilton Maks Ferstappenlə təmas yaşamış və hollandiyalı sürücü bariyerlərə çırpılmışdı. Bunun nəticəsində Ferstappen MAcarıstanda üçüncü güc qurğusuna keçməli olmuşdu.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*