F-1.az xatırladır ki, meksikalı sürücü şənbə günü sıralanma turunda bolidinin idarəetməsini itirərək, qəza edib. Yarışda isə ötürmələr qutusu probleminə görə mübarizəni vaxtından əvvəl dayandırıb.
Serxio Peres: “Belə çətin keçən yarışdan sonra yeni həftəyə başlamaq həmişə çətin olur. İndi yaxşıyam və boynum sağalır. Qəzadan sonra boynumda ağrı yarandı. Canım çox ağrıyırdı, amma indi yaxşıyam. Hər şey qaydasındadır. Hazırda boynumdakı ağrının üzərində işləyirik. İdman edirəm. Britaniya yarışına hazır olmaq üçün hər şey edirəm”.