S.Peres: Zərəri minimuma endirməliyik

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, bu cür hava şəraitində çətinlik yaşayır.

F-1.az xatırladır ki, meksiikalı sürücü artıq beş yarışdır ki, sıralanma turunda üçüncü sessiyaya qala bilmir. Çekonun bu performansı onun komandadan göndəriləcəyi ilə bağlı dedi-qoduları artırır.

Serxio Peres uğursuzluğunun səbəbi kimi qırmızı bayraqları görür: “Qırmızı bayraqlar gözlədiyimizdən uzun çəkdi və buna görə də təkərlərin temperaturu aşağı düşdü. Silverstounda belə şəraitdə həmişə çətinlik çəkirəm. Bolidlə bağlı problemlərim dəyişkən hava şəraitində daha çox üzə çıxır. Məncə, komanda olaraq bu problemləri həll etməli və daha yaxşı performans üçün işləməliyik.

Nəticə çox məyusedicidir, çünki cümə günü bizim üçün yaxşı keçmişdi. Yarış tempimiz də yaxşı görünürdü. Yenə də bazar günü yarışda zərəri minimuma endirməyə çalışacağıq”.

Qeyd edək ki, Çeko sıralanma turunda 16-cı yeri tutsa da, Valtteri Bottasın yanacağa görə nəticələrinin ləğv edilməsinə görə yarışa 15-ci yerdən start verəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*