S.Peres: Yolu görmək olmurdu

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, son 30 dövrədə günəş batdığı üçün yolu görə bilməyib.

F-1.az xatırladır ki, meksikalı sürücü Avstraliya yarışına pit yolundan başlayıb, amma o özündən gözlənilən yüksəlişi reallaşdıra bilməyib və yarışı 5-ci yerdə tamamlayıb.

O yarışın ikinci restartında bir neçə yer itirsə də, sonradan çıxan qırmızı bayrağa görə yenidən öz yerinə qaytarılıb.

Serxio Peres: “Qaslidən qaçmalı idim, çünki ilk döngədə döngəni görmək olmurdu. Təkərlərin qızmaması böyük təhlükə idi. Ancaq heç nə görmürdük. Belə şəraitdə yarışmaq olmaz.

Günəş batanda heç nə görmək olmur. Son 30 dövrədə yarışmırdıq. Heç nə görmədiyimiz yola çıxmışdıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*