F-1.az xatırladır ki, meksikalı sürücü keçən il Monakodakı sıralanma turunda yerində fırlanıb divara çırpılsa da, yarışı qazanmışdı.
Peres bu mövsüm 5 yarışın ikisində qalib gəlib və bu iki yarış da stasionar yox, şəhər tipli traslarda – Ciddə və Bakı – qazanıb.
Serxio Peres sözünə Emiliya Romanya Qran Prisi ilə başlayıb: “Düşüncələrim İtaliyada sel fəlakətindən təsirlənən insanların yanındadır. Bəzən yarış vacib olmaz. Vacib olan insanların təhlükəsizliyidir.
Növbədə Monako yarışı var. Bir həftə dincəldiyim üçün oraya ideal formada gedəcəm. Bu yarışı bütün sürücülər qazanmaq istəyir. Keçən il bunu bacardığım üçün xoşbəxtəm. Yenidən qazanmaq üçün iştahalıyam. Burada hava şəraiti çətin ola bilər. Bu da o deməkdir ki, maşındakı hər anı ən yaxşı formada dəyərləndirməliyik. Bazar günü qazanmaq istəyiriksə, düzgün sazlanma tapmalı və yaxşı sıralanma turu keçirməliyik. Bu trasa qayıtmaq üçün səbirsizlənirəm. Orada sürmək əyləncəlidir”.