S.Peres: Yenidən başlamaq istəyirəm

Meksikalı sürücü Kristian Hornerin çempionatdakı cari vəziyyətin onun xeyrinə olacağı barədə fikirləri ilə razılaşmır.

F-1.az xatırladır ki, Red Bull komandasının rəhbəri demişdi ki, sürücülər çempionatındakı böyük xal fərqi Peresin üzərindəki təzyiqləri azaldacaq və o, yarışlara daha yaxşı hazırlaşacaq.

Serxio Peres: “Mən belə düşünmürəm. Biz həmişə əlimizdən gələni etməliyik. Əla maşınımız var. Mövsümün sonuna qədər çoxlu podiumlar və qələbələr qazanmalıyam. Hər dəfə mübarizənin daha da gərginləşdiyini görürəm və bundan sonra da əlimdən gələni edəcəyəm.

Yenidən başlamaq istəyirəm. Monakoda baş verənlər mənim günahımdır – kobud səhv etdim. Barselonada təsnifat mərhələsinin yaş trasda çox çətin şərtləri var idi – uğurlu sessiya keçirə bilmədim və bunun əvəzini bazar günü ödədim, amma indi mövsümün əvvəlindəki formama qayıtmaq istəyirəm.

Barselonada nadir hallardan biri idi ki, maşınla bağlı problemlər yaranırdı, ona görə həftəsonu yaxşı mübarizə apara bilmədim. Monakoda isə vəziyyət əksinə idi – mən səhv etdim. Amma mövsümdə ilk dəfə Barselonada çətinliklə üzləşdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*