F-1.az xatırladır ki, ötmələrin asanlaşması üçün bu mövsümdən etibarən ön və arxa qanadlarda və saydpodlarda dəyişikliklər edilib. Ferstappen və Həmilton yeni reqlamentdən narazı qalsa da, bu il Formula1-də 9-cu mövsümünü keçirən Serxio Peres rəqibi izləmənin daha rahat olduğunu deyib: “Bottasın arxasında ikən daha az asfaltayatma qüvvəsi itirdim. Buna görə də hələki yeni reqlamentin mükəmməl olduğunu deyə bilərik. Növbəti yarışlarda nəticəni daha aydın görəcəyik. Amma şounun daha yaxşı olmasını istəyirəm”
S.Peres: “Yeni reqlament əladır”
Racing Point komandasının sürücüsü Serxio Peres Formula1-in yeni texniki reqlamentindən razı qalıb.