S.Peres: Yeni formata ehtiyac yoxdur

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, yeni sıralanma turuna ehtiyac yoxdur.

F-1.az xatırladır ki, bu il bəzi yarışlarda yeni sıralanma turu formatı test ediləcək. Təzə formatda birinci sessiyada Hard, ikinci sessiyada Medium, üçüncü sessiyada isə Soft təkərlərdən istifadə ediləcək. Bu format ilk dəfə İmola yarışında sınaqdan keçiriləcək.

Serxio Peres: “Mövsümün ilk sıralanma turunda hamının bir-birinə necə yaxın olduğunu gördünüz. Buna görə fə bu formata ehtiyac yoxdur. Heç nəyi dəyişmək lazım deyil. Yoxlayıb görəcəyik. Amma yaxşı işləyən bir sistemi dəyişmək düzgün deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*