S.Peres yeni DRS reqlamentindən danışıb

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, yeni DRS reqlamenti işə yaramayacaq.

F-1.az bildirir ki, artıq sprint yarışlarında DRS icazəsi yarışın üçüncü dövrəsində yox, ikinci dövrəsində gələcək.

Serxio Peresin isə bu yeni qaydadan xəbəri yox imiş: “Bunu ilk dəfədir eşidirəm. Mühəndislərimlə uzun müddətdir ki, sprint yarışları barədə danışmamışdım. Lakin bu reqlament heç nəyi dəyişməyəcək. Yekunda hamımız təzə təkərdə olacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*