F-1.az xatırladır ki, Mayamidəki cümə sərbəst yürüşlərində əksər sürücülr asfaltla ilişmədə problemlər yaşadı. Bunlardan biri də Bakı yarışının qalibi Serxio Peres idi. Meksikalı sürücü birinci sərbəst yürüşlərdə 11-ci olduğu halda, ikincidə 4-cü oldu.
Serxio Peres: “Xüsusən də birinci sərbəst yürüşlərdə asfaltla ilişmə çox aşağı idi. Elə bil maşına yağış təkərləri taxmışdıq. Mexanik balans ilə bir neçə şey sınadıq. Çox şey öyrəndik, ancaq az dövrə vurduğumuz üçün istədiyim kimi təhlil apara bilmədim. Amma ümumilikdə təməlimiz yaxşıdır.
Uzun sözün qısas, cümə günü istədiyimiz kimi keçmədi. Dövrəlrim də çox pis idi. Son döngədə təkərlərimi kilitlədim. Önümdə uzun yol var. Cümə günü yaxşı sürmədim. Sürüşümü təkmilləşdirsəm və özümü bir az da yaxşı hiss etsəm, hər şey qaydasına düşəcək”.