F-1.az xatırladır ki, meksikalı sürücünün komandası ilə müqaviləsi 2022-ci ilin sonunda bitəcək.
Serxio Peres: “Reqlamentin dəyişməsi məni ümidləndirir. Komandada işlərin necə getdiyindən xəbərdaram. Lakin realist olmalıyam. Mercedes və ya Ferrari-də yarışa bilmərəm. Bura yarışmaq üçün əla yerdir. Əksər sürücülər burada olmaq istəyərlər. Doğrudan da gözəl fürsətdir. Amma 2020-ci il Formula1-dəki onuncu mövsümüm olacaq. Buna görə də orta qrupda yarışmağa davam etsəm, idmandan gedəcəm”.