F-1.az xatırladır ki, meksikalı sürücü dördüncü başladığı Fransa yarışında üçüncü olaraq, ardıcıl ikinci dəfə podiuma yüksəlib.
Serxio Peres: “Yarışın əvvəlində liderlər qrupuna yaxın qalmaq çox vacib idi, amma ilk dövrələrdə əsən küləyə görə bolidi sürmək demək olar ki, mümkünsüz idi. Bu gün daha az asfaltayatma gücü ilə yarışdıq və buna görə öndəki rəqibi izləmək çətin idi. Lakin daha sonra külək kəsəndə tras da ideallaşmağa başladı. Temp tapdım və pitə gec gedərək, rəqiblərimizə qarşı üstünlük qazandım.
Təkər gözlədiyimizdən tez yeyilirdi. Yaxşı yarışdıq və düzgün strategiya seçdik. Bu gün qazandığımız xallara görə xoşbəxtəm”.