S.Peres: Yarışı qazana bilərdim

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, motor problemi yaşamasa, Mayamidə qalib gələ bilərmiş.

F-1.az xatırladır ki, meksikalı sürücü yarışda 4-cü yerdə gedərkən, motor birdən güc itirib. Komanda araşdırma aparandan sonra məlum olub ki, motorda sensor problemi var.

Buna baxmayaraq yarışa davam edən Peres, təhlükəsizlik maşını rejimində Medium təkərə keçib. Bu hal ona qələbə şansı verirdi, çünki önündəki hər üç sürücü də işlənmiş Hard təkərlə yarışırdı. Buna baxmayaraq, 32 yaşlı pilot Karlos Saynsı belə keçə bilməyib və dördüncülüklə barışıb.

Serxio Peres: “Yerim əla idi. Heyif ki, DRS açsam belə Karlosa çata bilmədim. Düzlüklərdə fərq çox idi. Döngələrdə ona yaxın olmaq üçün əlimdən gələni etsəm də, təkərlər çox qızırdı. Kiçik fürsətim olanda da dəyərləndirməyə çalışdım, amma trayektoriyadan kənar hissə çox çirkli idi. Ondan sonra rəqibimə yaxınlaşa bilmədim.

Motorum yaxşı işləsə, qələbə şansım olardı. Deyəsən sensor problemi yaşadım. İki dövrəyə 7 saniyə itirdim. Ondan sonra motor əvvəlki kimi işləmədi. Çox vaxt itirirdim. Düzlüklərdə 10 km/saat yavaş idim. Ən azından yarışı bitirə bildik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*