F-1.az xatırladır ki, meksikalı sürücü Rikkardonun sürət qutusunu dəyişdirməsi üzündən yarışa 10-cu yerdən başlayıb. Peres yarış ərzində iki Toro Rosso sürücüsünü geridə qoyaraq və Qrojanın mübarizəni dayandırmasından istifadə edərək 7-ci yeri tutub.
Serxio Peres: “Bu gün bizim üçün gözəl gün idi. Yeddinci yerdən daha yaxşısını edə bilməzdik və buna görə də aldığımız xalları qeyd edəcəyik. Təkər istifadəmizə və strategiyamıza görə mövsümə əla başıanğıc etdik. Amma yarışın ən çətin hissəsi Toro Rosso sürücülərinə hücum etmək idi. Burada hücum etmək çox çətindir. Ümid edirəm ki, sonrakı yarışlarda tempimizi artırarıq və orta qrupun ən sürətli komandası olarıq”.