S.Peres: Yarış tempində işlədik

Red Bull komandasının sürücüsü Serxio Peres RB19-dakı ilk günündən razı qalıb.

F-1.az xatırladır ki, meksikalı sürücü Bəhreyndəki qış testlərinin ikinci günündə ilk dəfə sükan arxasına keçib və çoxlu dövrə vurub.

Serxio Peres: “Səhər RB19-un sükanına qayıtdığım üçün xoşbəxtəm. Tempimiz yaxşıdır və boliddə özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, sazlanma taparıq.

Keçən illə müqayisədə boliddə kiçik fərqlər var və bu da təkərlərin dəyişməsinə görədir. Bundan başqa hər şey bənzərdir.

Testlərdə bolidin dözümlülüyünü yoxlamaq üçün yarış tempində işlədik. İndiyə kimi boliddən razı qaldım. Testlərin son günündə sazlanmalar üzərində işləyəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*