F-1.az xatırladır ki, Force İndia komandası bu mövsüm hər 3 yarışda da 2 sürücüsü ilə xal ala bilib. Amma Peres sonuncu Bəhreyn testlərində yarış tempində işlədiyi üçün sonuncu yeri tutub.
Serxio Peres: “Bəhreyndəki testlərin ikinci günündə trasda sadəcə yarım gün işləyə bildim. Amma bu, həm mənim üçün, həm də komandam üçün çox dəyərli idi. Yarış tempini inkişaf etdirmək üçün fərqli sazlanmalar sınadıq və gözəl məlumatlar əldə etdik. Sıralanma tempində işləmədiyimiz üçün ən yavaş sürücü kimi göründüm, amma təbii ki, bunlar real deyildi. Bütün gücümüzü yarış tempinə xərclədik. Yarış tempində bəzi rəqiblərimizi qabaqlasaq da, daha güclü olacağımızı düşünürəm. 70 dəyərli dövrə vurdum. Ümid edirəm ki, sonrakı yarışlarda tempimizi artıraraq, ən yaxşı 4-cü komanda olarıq”.