S.Peres: Yarış çətin olacaq

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Monako yarışı onun üçün çətin olacaq.

F-1.az xatırladır ki, keçən il Monakoda qalib gələn Serxio Peres bu il də poul uğrunda mübarizədə ən böyük favoritlərdən biri sayılırdı. Lakin o, sıralanma turunun 7-ci dəqiqəsində bariyerlrə çırpılaraq, mübarizəni dayandırıb və bugünkü yarışa 20-ci yerdən başlayacaq. Monakoda ötmələrin çox çətin olduğunu nəzərə alsaq, meksikalı pilotu çox çətin yarış gözləyir. O, Monako yarışını xalsız da bitirə bilər.

Serxio Peres: “Həftəsonu yaxşı gedirdi. Balansdan razı idim. Birinci sessiyada hər dövrə bir az da təkmilləşib, yeni limitlər tapırsınız, ancaq qəza etdiyim dövrədə döngənin girişində maşının arxa tərəfini itirdim və çox gec idi. Belə olan halda, maşında sərnişinə dönürsünüz. Gedəcək heç bir yerim yox idi. Döngəni kəsə bilməzdim ya da divara sürtünüb döngədən çıxa bilməzdim. Çox böyük səhv etdim və komandamdan üzr istəyirəm. Çox məyusam. Yarışda bir şey etmək çox çətin olacaq”.

Qeyd edək ki, qəzada maşının arxa sol tərəfi zədələnib. Belə olan halda güc qurğusunun elementləri də sıradan çıxa bilər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*