S.Peres yanacaq bərpasına qarşıdır

Racing Point komandasının sürücüsü Serxio Peres yanacaq hərpasına qarşıdır.

F-1.az xatırladır ki, FİA-nın prezidenti Jan Todt yarışlarda marağı artırmaq üçün yanacaq bərpasınınnqayıtmasını təklif etmişdi. Lakin əksər sürücülər buna qarşı çıxıblar. Onlardan biri də Serxio Peresdir: “Düzünü desəm, yanacaq bərpası olan dövrlərdə yarışmamışam. Buna görə də heç nə deyə bilmərəm. Lakin dəyişiklik edəndə böyük komandalar fərqi artırırlar və buna görə də narahatıq. Görək 2021-ci ildə necə olacaq. Yanacaq bərpası yarış üçün yaxşı ola bilər, ancaq ümumilikdə nəsə dəyişəcəkmi? İnanmıram. Onalr bolidin ağır olduğunu düşünürlər. Amma 9 ildir belə yarışıram və əsas problem göstərdiyimiz şoudadır. Azarkeşlər daha yaxşı şou izləmək istəyirlər. Onlara yanacaq yükü lazım deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*