F-1.az bildirir ki, meksikalı sürücü tərəziyə gəlmədiyi üçün bu cəzaya məruz qalıb. 29 yaşlı pilot pitə qayıdarkən onunçün yanan işıqları görməyib. Ancaq komandası xəbərdarlıq verən kimi Peres maşını saxlayıb. Racing Point sürücüsü komandasının təlimatı ilə boksun yanına gəlib və orada pit-stop məşqi etdikdən sonra mexaniklər meksikalını geriyə itələyərək tərəziyə aparıblar.
Lakin Formula1-in idman reqlamentində bildirilir ki, bir sürücü tərəzi yoxlamasına bilərək və ya bilməyərək gəlmirsə, bunun cəzası yarışa pit yolundan başlamaqdır. Buna görə də Peres yarışa pit yolundan başlayacaq.