F-1.az xatırladır ki, meksikalı sürücü 2022-ci ildə iki qələbə qazanıb və çempionatı üçüncü yerdə bağlayıb.
Serxio Peres: “Monakodakı qələbəm xüsusi idi. Belə əfsanəvi yerdə qazanmaq karyeramın ən özəl anı idi.
Mövsümün əvvəlində çox rəqabətədavamlı idik, amma daha sonra bir neçə çətin yarış oldu və orada çempionluq uğrunda mübarizədən uzaqlaşdım.
Bundan başqa Mühəndislər Kubokunda birinci yeri tutduq və bunun üçün iki sürücü də stabil olmalıdır. Buna görə də bütün komanda üçün xüsusi mövsüm oldu”.