S.Peres: “Xəstələnmək yaxşı olmadı”

Malayziya yarışından əvvəl xəstələnən Serxio Peres bildirib ki, fiziki cəhətdən çətin olan Sepanqda ağır yarış gözləyir.

F-1.az xatırladır ki, meksikalı sürücü sıralanma turunda 9-cu yeri tutub.

Serxio Peres: “Yaxşı deyiləm. Virus düşdü. Cümə axşamı trasa çıxdım və zəif idim. Otağıma girdim, duş qəbul etdim və donurdum. Paltomu geyindim və bütün günü bununla mübarizə apardım. Cümə günü işləsək də, boliddə nəfəs almaq çətin idi. Məni çox yordu. Bu gün sıralanma turunun son sessiyasında mənə zərər verdi. Təkərlərdə və ya boliddə problem yox idi. Sadəcə sıralanma turunun ikinci sessiyasındakı dövrəmi təkrar edə bilmədim. Bunu edə bilsəm, 6-cı olardım.

Sabah bizi böyük mübarizə gözləyir. Hazır olmağa çalışacam, amma burada xəstələnmək heç də yaxşı hal deyil. Mənim üçün çətin yarış olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*