S.Peres xəcalət çəkir

Force İndia komandasının sürücüsü Serxio Peres öz vətənindəki sıralanma turunda komanda yoldaşına uduzduqdan sonra məyus olduğunu bildirib.

F-1.az xatırladır ki, meksikalı sürücü doğma publikası önündə sıralanma turunu 10-cu yerdə başa vurub.

Serxio Peres: “Sıralanma turunda heç nə istədiyim kimi getmədi. Əlbəttə, məyusam. Çox güclü olsaq da, pis nəticə aldıq. İlk sessiyada hər şey yaxşı idi, amma hava şəraiti dəyişdikcə vəziyyət pisləşdi. Təkərin qızdırma formasını dəyişdik və boliddə özümü pis hiss etdim. Balans da pis idi.

Bizi çətin yarış gözləyir, amma bolidimiz sürətlidir. Azarkeşlərə gözəl nəticə bəxş etmək istəyirəm. Bu həftəsonu bizə dəstək çox idi. Sessiyanın əvvəlində onların yanına getdim, birlikdə əyləndik. Ümid edirəm ki, onlara yaxşı hədiyyə vermişəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*