S.Peres: “Williams və Toro Rosso-dan geridəyik”

Force İndia komandasının sürücüsü Serxio Peres etiraf edib ki, təkərlərləri istifadə etməklə bağlı problemləri olduğu üçün Williams və Toro Rosso ilə mübarizə apara bilmirlər.

F-1.az xatırladır ki, Peres və onun komanda yoldaşı Niko Hülkenberq sıralanma turunda yaxşı çıxış etsələr də, bu performanslarını yarışa əks etdirə bilmirlər.

Force İndia komandası keçən ilin sonunda əla performans göstərmişdi və bütün diqqətləri öz üzərinə cəmləyə bilmişdi. Keçən il Rusiya QP-də podiuma çıxan Serxio Peres bildirib ki, Force İndia bu il gözləntiləri qarşılaya bilmir: “Barselonada irəliyə doğru addım atdığımızı düşünürəm. Yarış tempimiz hələ də istədiyimiz səviyyədə deyil, amma çox şey öyrəndik. Williams və Toro Rosso ilə müqayisə edildiyimiz zaman görürük ki, yarış tempimiz onlarınkı qədər yaxşı deyil.

Görək Monakoda işlər necə gətirəcək. Barselona bizim güclü olduğumuz tras deyildi. Burada daha güclü olmalıyıq.

Barselonadakı tempimiz ilə xal qazana bilmərik. Amma mən bilirəm ki, komanda daha çox inkişaf edəcək. Əminəm ki, doğru yoldayıq.

Əsl problemimiz təkər yeyilməsi ilə bağlıdır. Barselonada yarış günü hava küləkli idi. Bizim bolidimiz küləyə qarşı bir az həssasdır. Buna görə də bizim yarış tempimizə pis təsir etdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*