S.Peres: Vəziyyət pisdir

Racing Point komandasının sürücüsü Serxio Peres bildirib ki, Türkiyədəki asfalt mərmərə bənzəyir.

F-1.az xatırladır ki, İstanbul Parka yeni asfalt qatı çəkilib və cümə günündən sonra əksər sürücülər yeni asfalt qatından narazı qalıblar.

Serxio Peres: “Özümü mərmərdə sürürmüş kimi hiss elədim. Çox qarışıq idi. Tras sürdükcə təkmilləşsə də, şərait pisdir. Bu hal məyusedicidir, çünki yeni nəsil bolidlər üçün çətindir. Əsas odur ki, bu həftə səhvsiz sürək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*