F-1.az xatırladır ki, meksikalı sürücü Force İndia komandasında 5-ci mövsümünü keçirəcək.
Serxio Peres: “Bu mövsüm karyeramın növbəti illəri üçün çox vacibdir. Bəzi böyük komandalarda sürücülərin müqaviləsi bitəcək və o yerlərə layiq olduğumu göstərməliyəm. Həmişə ən yaxşı performansımı göstərməyə çalışdım. Force İndia ilə gözəl mövsümlər keçirdim. Özümü isbatlaya bilmişəm. Amma 2018-ci ildə çox güclü olduğumu göstərməliyəm. Ən güclü bolidlə yarışmaq istəyirəm. Hədəfim hamı kimi Dünya Çempionu olmaqdır. Bunun üçün əlimdən gələni edəcəm”.