S.Peres Trampa görə sponsoru ilə əməkdaşlığını dayandırıb

F-1.az xatırladır ki, dünən ABŞ prezidenti seçilmiş Donald Tramp seçkilərdən əvvəl bildirmişdi ki, qalib gələcəyi təqdirdə, Meksika-ABŞ sərhədi boyunca divar hörəcək.

Məşhur eynək firması Hawkers seçkilərin nəticələri açıqlandıqdan sonra rəsmi twitter bloqunda belə bir paylaşım edib: “Meksika vətəndaşları ağladıqlarını gizlətmək üçün eynəklərimizdən istifadə edə bilərlər”.

Bu paylaşımdan bir qədər sonra şirkətin eynəklərindən istifadə edən Serxio Peres twitter-da yazıb: “Həqiqətən də, xoş olmayan sözdür. Bu gün @HawkersMX ilə olan əlaqələrimi kəsirəm. Heç kimin ölkəmi lağa salmasına icazə verə bilmərəm”.

Qeyd edək ki, tərəflər cəmi 2 həftə əvvəl müqavilə bağlamışdılar. Bu müqaviləyə əsasən, “Peres modeli” adı verilən xüsusi eynəklər noyabrın 2-nə qədər 39 dollardan satışa qoyulmuşdu…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*