F-1.az xəbər verir ki, buna baxmayaraq, Serxio ilk yarışdan liderlər qrupunda olacağına və çempionluq mübarizəsi aparacağına söz verib.
Serxio Peres: “Biz inanırıq ki, mübarizə çox gərgin keçəcək. Testlərdən sonra hər hansı bir nəticə çıxarmaq çox çətindir – imkanlarını anlamaq üçün digər komandaları nə qədər çox izləsəniz, bir o qədər çaşqınlıq yaranır. Səbr göstərmək lazımdır. Cümə günü artıq müəyyən fikirlərimiz olacaq və hər kəs öz həqiqi tempini göstərdiyi şənbə, bazar günləri biz nə qədər yaxşı və ya pis olduğumuzu deyə biləcəyik.
Komanda mütləq maşını təkmilləşdirməyə nail olub və indi döngənin girişində özünü daha stabil aparır. Bunun sayəsində sükan arxasında özümü daha inamlı hiss edirəm. Digər tərəfdən, biz maşını yalnız Bəhreyndə – unikal asfalt və digər xüsusiyyətlərə malik trasda sınaqdan keçirdik. Amma hər halda bizim yaxşı əsasımız var.
Bu mövsüm çempionluq uğrunda mübarizə aparmaq istəyirəm. Hamımız sıfırdan başlayırıq – indi şanslarımız bərabərdir. Rəqabətli olmaq və bunu trasda göstərmək istəyirəm”.