F-1.az xatırladır ki, Peres testlərin son günündə 128 dövrə vurmuşdu.
Serxio Peres: “Testlərin ikinci həftəsində etibarlılıq cəhətdən daha güclü idik və bu, bizə motivasiya verdi. 128 dövrə vurub, problem yaşamamaq gözəl idi. Testləri belə güclü performansla bitirdiyimiz üçün sevincliyik. Boliddə çoxlu yeni sazlanmalar sınadıq. Sıralanma və yarış tempində getdik və gözəl nəticələr əldə etdik. Orta qrupda bütün komandalar bir-birlərinə yaxın görünürlər. Ön qrupda isə Ferrari və Mercedes sürətlidirlər. Görək nə olur. Ümid edirəm ki, keçənilki uğurumuzu təkrar edərik”.