F-1.az xatırladır ki, meksikalı sürücü cümə sərbəst yürüşlərində komanda yoldaşı Ferstappenlə eyni tepi tuta bilməyib. O, yekunda üçlüyə belə düşməyib.
Serxio Peres: “Test sessiyası kimi idi. Barselonada həmişə elə hiss edirsiniz. Bura çox əlverişli tras olduğu üçün hər şeyi sınamaq olur. Barselonada bütün mövsümdən detallar var və çox vacib trasdır. Bizim üçün yaxşı gün idi. Yaxşı məlumatlar topladıq.
Son sektordakı dəyişiklik işimizi çətinləşdirir. Amma gün qısa olduğu üçün tısiri böyük deyildi. Bazar günü əksər sürücülər boyunlarını dincəldəcəklər, çünki işləri daha da çətinləşdirir. Amma cümə günündən çıxaracağımız müsbət şeylər də var. İndi sıralanma turu və yarış üçün təkərləri anlamalıyıq”.