F-1.az xatırladır ki, meksikalı sürücü bugünkü yarışa beşinci yerdən başlayacaq.
Serxio Peres: “Son sessiyada təkərləri işlədə bilmədik. İkinci sessiyadakı zaman nəticəmə çata bilmədim. Bunu oxlamalıyıq. Amma vəziyyət hamı üçün eynidir. Bu təkərlər o qədər həssasdır ki, doğru aralığı tapmadığınız halda işiniz çətinləşir. Bu gün başıma gələn bu idi.
Məncə, gün ərzində təkmilləşmişdik. sıralanam turunda güclü idik və birinci sessiyanı lider bağlamışdıq. İkincidə də ödə idik. Lakin sonda lazım olan vaxtda işləri korladıq. Amma əsas yarışdır. Burada çoxlu sürətli kor dönələr var. Ümid edirəm ki, yarışda heç nə olmaz”.