Serxio Peres: “Çətin yarış oldu. Podiuma çıxmalı idim, amma nə baş verdi bilmirəm – təəssüf ki, VTM nəticəyə təsir etdi. Belə olmamalı idi, amma bu gün oldu. Mənə xəbər verildi ki, VTM rejimi 9-cu döngənin çıxışında bitəcək, amma bitmədi. Daha sonra 12-ci döngəyə qədər deyildi. Deyəsən Corc fərqli məlumatlar alırdı və restartda daha yaxşı hazırlaşırdı. Nəsə oldu, rejim yalnız 13-cü döngədə başa çatdı. Yarışın qalan hissəsində maşın kifayət qədər sürətli idi. Xüsusilə də, Medium təkərlərlə sonlara doğru daha yaxşı idik. Güman edirəm ki, VTM rejimindən sonra Corcdan daha sürətli idim”.
S.Peres: Təhlükəsizlik maşını nəticəyə təsir etdi
F-1.az bildirir ki, yarışa üçüncü yerdən başlayan Serxio Peres startda Lyuis Həmiltona, sonrala yaxın isə Corc Rassellə keçilərək podiumdan kənarda qalıb.