F-1.az xatırladır ki, Meksikadakı sıralanma turunun üçüncü sessiyasının son dəqiqələrində Yuki Tsunoda tras xaricinə çıxıb və Peresi də çaşdırıb. Nəticədə hər iki sürücünün də dövrəsi məhv olub.
Serxio Peres: “Yuki önümdə idi. Mən də ona bir az yaxınlaşdım və idarəetməni itirdim, çünki yüksək sürətli döngədən keçirdik. Yaxınlığınızda bolid olanda oradan keçmək çox çətin olur. Heyif ki, orada idarəetməni itirdim. Bir az vaxt qazana bilərdim, ancaq Mercedes sıralanma turunda güclü idi.
Məyusuq, çünki sərbəst yürüşlərdə çox güclü idik, amma Mercedes bütün kartları açdı və sürətləndilər”.