F-1.az xatırladır ki, kanadalı sürücü bu mövsüm 4 yarışda xal qazandığı halda, Peres sadəcə 3 yarışı onluqda bitirə bilib. Qeyd edək ki, meksikalı sürücü bu il bütün sıralanma turlarında komanda yoldaşından üstün olub.
Serxio Peres: “Yarış tempi məni təəccübləndirdi. Onun tempinə çatmalıyam. Keçmiş komanda yoldaşlarımı həmişə qabaqlayırdım, ancaq Ləns göstərdi ki, onlardan daha yaxşıdır. Məncı yarış tempi çox güclüdür. Bura gələndən sonra çox inkişaf edib. Daha da yaxşı olacaq. Bazar günü əsl yarışçıya dönür”.