F-1.az xatırladır ki, meksikalı sürücü təhlükəsizlik maşını trasa girdikdən sonra pitə gəlməyib. Buna baxmayaraq, yarışı komanda yoldaşı Strollun gerisində 10-cu yerdə bitirib.
Serxio Peres: “Təhlükəsizlik maşını trasa girəndə pitə girməmək qərarı aldıq. Məncə, nəticəyə təsir etdi. Təhlil edəcəyik. Görək harada səhv etmişik. Yarışda gözlədiyimiz tempə sahib deyildik. Bizdən sürətli maşınlar var idi. Amma strategiya ciddi təsir etmədi. Çünki komanda yoldaşımdan cəmi 0,5 saniyə geridə qaldım”.