F-1.az xatırladır ki, sıralanma turunun 2-ci sessiyasının son dəqiqələrində Roman Qrojan qəza edib və Censon Batton isə bolidini dayandırmalı olub. Bundan sonra həm 2-ci, həm də 3-cü sektorlarda sarı bayraqlar dalğalandırılıb. Peres sarı bayraqlar altında Qutyerresi keçdiyi üçün stüardlar tərəfindən araşdırılmağa başlanıb.
Araşdırmalardan sonra Peresə startda 8 yer itirmə cəzası gəlib. Meksikalı sürücü Qutyerresi ötdüyü üçün startda 3 yer, sarı bayraqlar altında sürətini kifayət qədər azaltmadığı üçün 5 yer itirəcək. Bundan başqa, meksikalı sürücünün lisenziyasına 3 ballıq cəza yazılıb. Peres bu cəzadan sonra yarışa 18-ci yerdən başlayacaq…