S.Peres sponsorunu bağışlamayacaq

Serxio Peres sosial şəbəkələrdə Meksika barədə pis söz yazan Hawkers-i bağışlamayacağını bildirib.

F-1.az xatırladır ki, Hawkers Amerikada Tramp prezident seçildikdən sonra sosial şəbəkələrdə “Meksikalılar göz yaşlarını gizlətmək üçün bizim eynəklərimizi taxsınlar” yazmış və Peres bu sözlərə görə eynək firması ilə sponsorluq müqaviləsini pozmuşdu.

Meksikalının bu hərəkətindən sonra Hawkers qəzetlərdə üzr istəyərək yardım kompaniyası başladacağını demişdi.

Serxio Peres: “Mən fikrimi dəyişməyəcəm. Yeni eynəklərim var. Onlarla olan əlaqəmi kəsdim və artıq günəş eynəyi sponsorum yoxdur.

Mən onların üzr elanını görməmişəm. Kömək etmək istəyirlərsə, özləri bilərlər. Mənim xeyriyyə fondum var və insanlara kömək edirəm. Onlar da etsə, yaxşı olar. Bundan başqa, mənimlə birbaşa əlaqə saxlamayıblar. Sosial şəbəkələrdə məndən üzr istəyiblər və mən bunu düzgün hesab etmirəm. Artıq bitdi! Yardım edirlərsə, mənsiz etsinlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*