F-1.az xatırladır ki, meksikalı sürücü mövsümün ikinci yarışı Ciddədə poul qazanmış və Monako qələbə qazanmışdı. O, ilk 7 yarışdan sonra Ferstappendən sadəcə 15 xal geridə qalırdı. Lakin daha sonradan geriləyən Peres mövsümü üçüncü yerdə bitirdi və lider Ferstappendən 149 xal geri qaldı.
Serxio Peres: “Mövsüm çətin başladı. Davamlı problemlər yaşadıq. Daha sonra rəqabətədavamlı və stabil idik. Bir nöqtədən sonra Maksdan geri qaldım və pis yarışlar keçirdim. Amma yenə də yaxşı qələbələr və podiumlar qazandım. Mövsümün son 8 yarışı hər şey mənim üçün yaxşı idi və bunun hesabına Şarlla ikinci yer uğrunda mübarizə apardım”.