S.Peres: Sistem düzgün işləmir

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, sistem düzgün işləmir.

F-1.az xatırladır ki, meksikalı sürücü Avstriyadakı sıralanma turunda təmiz bir dövrə vura bilmədiyi üçün son sessiyaya qala bilməyib. Sıralanma turunun ikinci sessiyasında Peresin 3 nəticəsi silinib.

O, iki dövrədə açıq formada 4 təkərlə də trasdan çıxıb. Son cəhdində isə Aleks Elbonun arxasında gedərkən yenə 4 təkərlə trasdan kənara çıxıb və onun son nəticəsi də ləğv olunub. Bundan sonra 15-ci olan Peres bu il ardıcıl 4-cü dəfə sıralanma turunda son sessiyaya qala bilməyib.

Serxio Peres: “Nəzarət edə biləcəyim çox şey var, amma bu barədə deyəcək sözüm yoxdur, çünki yaxşı dövrə ilə gəlirdim. Birdən əngəlləndim və cərimələndim. Sistem çox səhv işləyir. Yaxşı sisteminiz olmalıdır və belə hallar olanda dəyərləndirməlisiniz. Əks halda əsəbpozucu olur”.

33 yaşlı pilot bildirib ki, son cəhdində hər şey qaydasında getsə də, trafik hər şeyi məhv edib və o, rəqibinə çırpılmamaq üçün trası kəsməli olub.

“Son cəhdim çox yaxşı idi, amma Elbon birdən önümə çıxdı və düz getməli oldum. Təəssüflər oldun ki, dayana bilmədim. Məncə, düz gedərək vaxt uturdum, amma stüardlar əngəlləndiyimi düşünmədilər”

Qeyd edək ki, Serxio Peres hazırda çempionatda ikinci yerdədir və o, həm çempionatın lideri, həm də komanda yoldaşı Maks Ferstappendən 69 xal geridə qalır. Meksikalı sürücü sprint yarışından xal ala bilməsə, fərq 77 xala qədər arta bilər.

Xatırladaq ki, sprint yarışında ilk 8 sürücüyə xal verilir. Yəni ki, Çeko xal almaq üçün ən az 7 pillə yüksəlməlidir. Avstriya trasının dar və düzlüklərdən ibarət olması bu işi bir az çətinləşdirəcək.

Lakin bu gün yarış üçün ikinci sıralanma turu sessiyası olacaq. Serxio bu sıralanma turunda səhvini kompensə edə və son sessiyaya qala bilər. Bununla da dördyarışlıq uğursuz seriyanı da bitirə bilər.

Onu da əlavə edək ki, Peresin son sessiyaya qala bilmədiyi son 4 sıralanma turunda poulu komanda yoldaşı Maks Ferstappen qazanıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*