S.Peres: Sıralanma turuna kor kimi başladım

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, ikinci sərbəst yürüşlərdə keçirdiyi qəzaya görə sıralanma turuna kor kimi girib.

F-1.az xatırladır ki, meksikalı sürücü İtaliyadakı sıralanma turunda 5-ci olub. O, Maks Ferstappenin tempinə cavab verməkdə çətinlik çəkib.

Serxio Peres cümə günü ikinci sərbəst yürüşlərdə qəza etmiş və vaxt itirmişdi. Üçüncü sərbəst yürüşlərdə isə yağ sızıntısına görə yenə az dövrə vurub və komandası onun güc qurğusunu dəyişib.

Serxio Peres: “Vəziyyəti nəzərə alanda üçüncü sərbəst yürüşlərdə olmadım və sıralanma turuna kor kimi başladım. Bu gün sıralanma turundan əvvəl yeni təkər istifadə etmədim və ideal gün deyildi. Olan oldu.

Fərqlərin kiçik olduğu bu trasda hazırlıqlarımız heç də ideal deyildi. Cümə günü çox sürətli idik və hər şey əla görünürdü. Ancaq şənbə günü potensialımızı göstərə bilmədik.

Belə hallar ola bilər. Sadəcə bolidin sazlanmaları ilə bağlı problem yaşadıq və bu, vəziyyətimizi çətinləşdirdi. Heyif ki, motorla bağlı problem yaşadıq və buna görə də dəyişdirməli olduq. Bu problemlər lap çox oldu.

Sıralanma turunda üç fərqli təkər istifadə etmək çox çətindir. Xüsusən də mənim kimi problem yaşayanda… Tamamilə kor olursunuz. Buna görə də bir addım geridə qalırsınız.

Yarışa nə qədər yüksək pillədən başlasanız, o qədər yaxşıdır. Üçüncü cərgədəyəm və ümid edirəm ki, ikinci cərgəyə yüksələ bilərəm. Liderliyə qədər yüksəlmək istəməsəm də, yer qazanmaq istəyirəm. Ümid edirəm ki, bunu bacararıq. Yarışda ön qrupda eyni tempdə getmək, vaxt itirməmək və təkərləri öldürməmək bizim üçün vacib olacaq. Önümüzdə uzun yarış var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*