F-1.az xatırladır ki, “qırmızı öküzlər” İspaniyada cümə günü yaxşı çıxış etməyiblər. Ferstappen günü 9-cu yerdə bağladığı halda, Peres 10-cu olub.
Serxio Peres: “Sözün açığı çətin gün idi. Artıq sərbəst yürüşlərdə vaxtımız məhduddur və hər iki sessiya da qəzalara görə dayandı. Buna görə də tələsdik və trafikə düşdük. Vahid dövrədə güclənməliyik. Yarış tempində güclüyük.
Bu il çox vacibdir. Buna görə də çox işləməli və sıralanma turunda güclənməliyik”.