S.Peres sərbəst yarış istəyir

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Mühəndislər Kubokunda 4-cülük təmin edildikdən sonra komanda əmrinin ləğv olunmasını istəyir.

F-1.az xatırladır ki, Peres son iki yarışda Okondan sürətli olduğunu desə də, komanda əmrlərinə görə fransalı sürücünü keçə bilməyib.

Serxio Peres: “Komanda əmri qərarı gələndə demişdilər ki, 4-cü yeri təmin edəndə yarışmaqda sərbəst olacağıq. İndi isə trasda Esteban ilə mübarizə apara bilərik. Ümid edirəm ki, komanda da bizimlə eyni fikirdə olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*