F-1.az xatırladır ki, meksikalı sürücü sıralanma turunun ilkk sessiyasında qəza etmiş və yarıaş sonuncu yerdən başlamalı olmuşdu. Yarış ərzində isə sürətli olsa da, trafikə ilişib qalan Serxio rəqibi Kevin Maqnussenə arxadan təmas edərək, ön qanadını zədələyib. Yekunda yarışı xalsız bağlayan Çeko çempionluq uğrunda mübarizədə ağır yara alıb və o indi lider Maks Ferstappendən 39 xal geri qalır.
Serxio Peres: “Etdiyim səhvin cəzasını ödədim və bu çox ağır oldu. Komandamdan üzr istəməli idim, çünki belə səhvlər qəbul olunmazdır. Yoluma davam etməli və bundan dərs çıxarmalıyam, çünki növbəti dəfə xalsız qalmağı düşünmək istəmirəm.
Əslində yarış bir müddət yaxşı keçdi. Heyif ki, trafikə düşdüm və buna görə də başladığımız yerə qayıtdım. Yağış başlayanda pitə ən son girənlərdən biri idik. Sonra divara çırpıldım və hər şey qarışdı. Şikandan yeni çıxanda Maqnussenə təmas edib ön qanadımı qırdım və işlər pisləşdi. Bu vəziyyətdə olanda həmişə riskə getməlisiniz”.