S.Peres: Şəhər tipli trasların mütəxəssisi deyiləm

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, onu şəhər tipli trasların mütəxəssisi adlandırmaq düzgün deyil.

F-1.az xatırladır ki, meksikalı sürücü karyerası ərzində qazandığı 6 yarışdan 5-ini şəhər tipli traslarda qazanıb. 33 yaşlı pilot bu il keçirilən iki şəhər tipli trasda da – Ciddədə və Bakıda – qələbəyə sevinən tərəf olub.

Serxio Peres: “Bu traslarda güclü olmağımın səbəbi sazlanmalarla əvvəlkinə nisbətən çox oynamağımdır. Buna görə də stasionar traslarda da maşının sazlanmaları ilə istədiyim kimi oynaya bilərəm.

Şəhər tipli traslarda yarışda çox güclü olmalısınız və təzyiqə dözməlisiniz, çünki səhvə yer yoxdur. Normal trasda isə xırda səhv belə etsəniz, bundan qurtulmaq mümkündür. Ancaq şəhər tipli traslarda səhv edəndə qurtuluşunuz yoxdur. Yarış günü mən rəqiblərimdən daha özünəinamlı oluram. Bakıda saf tempimin hesabına qalib gəldim. Buna görə də şəhər tipli ya da stasionar tras fərq etmir. Əgər Bakıda bunu edirəmsə, hər yerdə edərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*